AVROPA ŞURASI PA-nın KOMİTƏLƏRİNDƏ

XƏBƏRLƏR
13 mart 2015 | 03:03   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev qurumun komitə iclaslarında iştirak etmək üçün martın 15-də Fransanın paytaxtı Parisə səfərə yola düşəcəklər.
AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında  Belarusda vəziyyət, Suriyadakı savaşda əcnəbi döyüşçülərin iştirakı, Ukraynadakı böhranın siyasi nəticələri kimi aktual mövzular gündəmdə olacaq. Təşkilati məsələlərə baxılacaq.
Qurumun Monitorinq komitəsində isə Monako və Monteneqro ilə monitorinq sonrası dialoq aparılacaq, bu ölkələrin AŞPA qarşısındakı öhdəliklərinin icrası vəziyyəti araşdırılacaq. Həmçinin komitədə Ukraynadakı son hadisələrlə və dünyadakı dondurulmuş münaqişələrlə bağlı müzakirələr keçiriləcək.
Səfər martın 18-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU