AŞPA-NIN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
13 mart 2015 | 04:03   
Paylaşın:        

Milli Məclisin deputatı Elxan Süleymanov AŞPA Monitorinq  Komitəsinin iclasında  iştirak etmək üçün martın 16-dan 19-dək   Fransanın paytaxtı Parisdə  səfərdə  olacaq.
Tədbirdə  Monako və Monteneqro ilə monitorinq sonrası dialoq aparılacaq, bu ölkələrin AŞPA qarşısındakı öhdəliklərinin icrası vəziyyəti araşdırılacaq. İclasda Ukraynadakı son hadisələrlə və dünyadakı dondurulmuş münaqişələrlə bağlı müzakirələr də keçiriləcək.
Deputatımız  müzakirə olunan  məsələlərə münasibət  bildirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU