AZƏRBAYCANLA UNİCEF ARASINDA ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR

XƏBƏRLƏR
19 mart 2015 | 06:03   
Paylaşın:        

Martın 18-də Milli Məclis Sədrinin müavini Bahar Muradovanın UNİCEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüşü oldu.
Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluq  duyduğunu  bildirən  Bahar Muradova ölkəmizlə UNİCEF arasındakı əlaqələrdən danışdı,  bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud oluğunu  vurğuladı. Milli Məclisin Sədr müavini qarşılıqlı münasibətlərin inkişafında belə səfərlərin əhəmiyyətinə toxunararq  dedi: “Siz Azərbaycana vacib bir missiya ilə gəlmisiniz. Azərbaycan hökuməti  qadın və uşaqların hüquqlarının qorunmasına xüsusi önəm verir və bu sahədə UNİCEF-in gördüyü işləri təqdirəlayiq heab edir”.
Sonra Bahar Muradova təşkilatın Bakı ofisinin aktiv fəaliyyətindən  söhbət açdı. Qeyd olundu ki, qurumun Bakı ofisi cəmiyyətdə geniş nüfuza sahibdir və  ölkənin müvafiq qurumları ilə yaxından əməkdaşlıq edir.
Görüş  üçün  təşəkkürünü bildirən Mari-Pyer Puarye  ölkəmizdə qadın və uşaqların müdafiəsi, təhsil, səhiyyə, əlil uşaqların və qızların  təhsilə cəlb olunması və digər sahələrdə əldə olunan uğurları yüksək  dəyərləndirdi və bu sahələrin inkişafı istiqamətində qanunvericilik bazasının möhkəmləndirildiyini dedi. Qonaq qadın və uşaqların hüquqlarının qorunması baxımından Azərbaycanın öz hüdudlarından kənarda da aparıcı rol oynaya biləcəyini  vurğuladı. O, bildirdi ki, Milli Məclisin fəaliyyətini yaxından izləyir, uşaq və gənclərin hüquqlarının qorunması, HİV-lə mübarizə sahəsində qanunverciliklə  maraqlanır. Mari-Pyer Puarye  Azərbaycandakı inkulüziv təhsil sahəsində məqsədyönlü addımlar  atıldığını qeyd  etdi.
Görüşdə gələcək əməkdaşlığa dair mövcud imkanlar müzakirə edildi.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU