AŞPA-NIN KOMİTƏLƏRİNDƏ

XƏBƏRLƏR
18 mart 2015 | 05:03   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədr müavini Sevinc Fətəliyeva Hüquq  siyasəti və dövlət  quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının komitə iclasında  iştirak  etmək üçün  martın 22-dən 25-dək Fransada  səfərdə olacaqlar.
Deputatlarımız qurumun Paris şəhərində keçiriləcək Sosial sağlamlıq və səhiyyə, həmçinin Miqrasiya, qaçqınlar və əhali  üzrə komitələrinin  iclaslarında iştirak  edəcəklər.
Komitə iclaslarında Avropanın yeni sosial modeli, əczaçılıq sənayesinin mənfi təsirlərindən  qorunmaq  üsulları, İŞİD adlanan terrorçu qrupla mübarizənin gücləndirilməsi, Ukraynada baş verən münaqişələr zamanı itkin düşən, məcburi köçkünə çevrilən insanların taleyi, qanunsuz miqrasiyanın aradan qaldırılması və  digər  məsələlər müzakirə ediləcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU