MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN SEMİNARINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
19 mart 2015 | 03:03   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Seçkili orqanlar: fəaliyyətin şəffaflığı və cavabdehlik” mövzusuna həsr olunmuş seminarda iştirak etmək üçün martın 25-də İstanbula yola düşəcəkdir.
AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin və Türkiyə Böyük Millət Məclisinin birgə təşkil etdiyi bu tədbirin məqsədi parlament üzvlərinin  fəaliyyətinin effektivliyini artırmaqdır.
Tədbirdə Parlamentarilərin davranış kodeksləri və Siyasi partiyaların və seçki kampaniyalarının maliyyələşdirilməsi mövzularında fikir mübadiləsi aparılacaqdır.
İkinci  mövzunun müzakirəsi zamanı seminara Əli Hüseynli sədrlik edəcəkdir.
Səfər martın 28-də başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU