NATO PARLAMENT ASSAMBLEYASININ NÖVBƏTİ ROUZ-ROUT SEMİNARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
29 mart 2015 | 06:03   
Paylaşın:        

Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev  NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında iştirak etmək üçün martın 30-dan aprelin 3-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaqlar.
Seminarda Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar, habelə Yaxın Şərqdə, Şimali Afrikada xarici döyüşçülərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU