AŞ PA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
27 mart 2012 | 03:03   
Paylaşın:        

Milli Məclisin deputatı Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün martın 28-dən 31-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaq.
Toplantıda Avropadakı münaqişələrdə itkin düşmüş şəxslərin tapılması, miqrantların yerləşdikləri ərazilərdə durumu, onların seçki prosesində yeri, Gürcüstanla Rusiya arasındakı münaqişədən sonra bölgədə yaranmış humanitar vəziyyət və digər məsələlər müzakirə olunacaq, alt komitələrin tərkibi müəyyənləşdiriləcək.
Tədbir iştirakçılarının miqrantların saxlandığı mərkəzlə tanışlıq məqsədi ilə Stinokkerzil şəhərinə səfəri nəzərdə tutulub.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU