TÜRKPA-nın KOMİSSİYASINDA

XƏBƏRLƏR
31 mart 2015 | 04:03   
Paylaşın:        

Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva aprelin 1-dən 4-dək Türkiyənin Ankara şəhərinə səfər edəcəklər. Millət vəkilləri Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının birinci iclasında iştirak edəcəklər. Komissiyaya millət vəkili Əhliman Əmiraslanov rəhbərlik edir.
Türkiyə Böyük Millət Məclisində keçiriləcək tədbirdə “Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə” mövzusunda müzakirələr aparılacaq. İclasda həmçinin məsələ ilə bağlı Komissiyanın hesabat məruzəsi və tövsiyə qərarı təqdim olunacaq, təşkilati məsələlərə baxılacaq. Toplantıda millət vəkili Əhliman Əmiraslanov Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri qismində giriş nitqi ilə çıxış edəcək.
İclasda deputatlarımız quraqlığın yayılmasının qarşısının alınması, bu prosesin ekologiyaya mənfi təsirinin aradan qaldırılması, səhralaşmaya qarşı mübarizədə təcrübə mübadiləsi barədə  fikirlərini açıqlayacaqlar.
Səfər çərçivəsində nümayəndə heyətimizin Türkiyənin meşə və su işləri naziri Veysəl Eroğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ilə görüşləri nəzərdə tutulub.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU