DEPUTATIMIZ RUSİYADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
02 aprel 2015 | 06:04   
Paylaşın:        

Milli Məclisin deputatı Rasim Musabəyov aprelin 2-dən 4-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq. Millət vəkili Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə iştirak edəcək.
Tədbirlər “Xatirə estafeti” aksiyası çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin paytaxtlarında keçirilir. İştirakçılar faşizmə qarşı mübarizədə həlak olanların xatirəsinə ucaldılmış  abidələri ziyarət edəcək, qələbə münasibəti ilə təşkil olunmuş təntənəli mərasimlərə qatılacaq, müharibə veteranları ilə görüşəcəklər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU