QƏLƏBƏNİN 70 İLLİYİ ASTANADA QEYD OLUNACAQ

XƏBƏRLƏR
06 aprel 2015 | 09:04   
Paylaşın:        

Xəbər verdiyimiz kimi, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə MDB-yə üzv ölkələrin paytaxtlarında “Xatirə estafeti” aksiyası çərçivəsində tədbirlər keçirilir.  Həmin tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Rüfət Quliyev aprelin 5-dən 7-dək Qazaxıstanın paytaxtı Astanada səfərdə olacaq.
Deputatımız digər MDB ölkələrinin nümayəndələri ilə birlikdə Astana şəhərində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək, qələbə münasibəti ilə təşkil olunmuş təntənəli mərasimlərə qatılacaq, müharibə veteranları ilə görüşəcək.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU