AVROPA ŞURASININ SEMİNARINDA

XƏBƏRLƏR
06 aprel 2015 | 05:04   
Paylaşın:        

Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının seminarında iştirak etmək üçün aprelin 7-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Seminar beynəlxalq idman yarışlarında iştirak edən atletlərin viza ilə təmin olunması məsələsinə həsr olunub. Tədbirdə idmançılar üçün viza prosedurunun asanlaşdırılması, Şengen zonası ölkələrində tətbiq olunan viza qaydaları ilə bağlı müzakirələr aparılacaq.
Millət vəkili müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq.
Səfər aprelin 9-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU