AZƏRBAYCAN-SLOVAKİYA ƏLAQƏLƏRİ GENİŞLƏNİR

XƏBƏRLƏR
09 aprel 2015 | 05:04   
Paylaşın:        

Aprelin 9-da Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdülər.
Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrdən söz açdı. Müstəqil Azərbaycanın siyasi, iqtisadi, sosial sahələrdəki nailiyyətlərindən bəhs etdi. Çexiya ilə əməkdaşlığı genişləndirmək üçün kifayət qədər potensialın olduğunu vurğuladı. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi vacibliyini qeyd etdi.
Görüşdə Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert həm Azərbaycana dəvətə görə, həm də ölkəmizdə gördükləri qonaqpərvərliyə görə təşəkkürlərini bildirdi. Bakıya səfərdən böyük məmnunluq və şərəf duyduqlarını söylədi. Dostluq qrupları səviyyəsində əməkdaşlığın gələcəyinə böyük ümidlərlə baxdıqlarını  bildirdi. Azərbaycanla ticarət-iqtisadi, mədəniyyət və turizm sahələrində əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırdı.
 Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi  aparıldı.
Slovakiya Milli Şurasının nümayəndə heyəti ilə görüşdə deputatlar Sədaqət Vəliyeva, Bəxtiyar Əliyev, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU