GÜRCÜSTANDA AVRONEST AVROPA XALQ PARTİYASI AİLƏSİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
29 mart 2012 | 06:03   
Paylaşın:        

Martın 31-də Tbilisidə Avronest Avropa Xalq Partiyası ailəsinin görüşü keçiriləcək. Görüşdə Milli Məclisin deputatları Gülçöhrə Məmmədova və Məlahət İbrahimqızı iştirak edəcəklər.
Tədbirdə “Avronest”in bu ilin 1-4 aprelində Bakıda keçiriləcək ikinci sessiyasına hazırlıq məsələləri və qurumun 4 komitəsi tərəfindən məruzələrə dair təqdim olunmuş düzəlişlər müzakirə ediləcəkdir.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU