İSRAİL JURNALİSTLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
14 aprel 2015 | 06:04   
Paylaşın:        

Aprelin 14-də Milli Məclisin Sədr müavini, Təbii ehtiyatlar,  energetika  və  ekologiya  komitəsinin sədri Valeh Ələsgərov  ölkəmizdə  səfərdə olan İsrailin  tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə  görüşdü.
Qonaqları səmimi salamlayan Valeh Ələsgərov parlamentin strukturu,  rəhbərlik etdiyi komitənin  fəaliyyəti, qəbul  edilən sənədlər barədə ətraflı məlumat verdi. Vitse-spiker İsrailli jurnalistlərə Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və mədəni islahatlar haqqında danışdı,  ölkəmizin enerji  təhlükəsizliyi məsələlərində Avropada önəmli rolunu vurğuladı. TANAP və TAP layihələrindən bəhs edən parlament  sədrinin müavini bildirdi ki, bu layihələr Azərbaycanın Avropa ölkələrinin enerji mənbələrinə çıxışını daha da şaxələndirəcək, qonşu ölkələrin də inkişafına uğurlu töhfələr verəcəkdir.
İsraildən olan mətbuat nümayəndələri iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsi, əlaqələrimizin daha da gücləndirilməsinin zəruriliyi barədə  fikirlərini  bildirdilər, onları maraqlandıran suallara  aydınlıq  gətirildi. 
Görüşdə  Azərbaycanın  ev  sahibliyi  etdiyi  mötəbər   tədbirlərdən, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərdən,  Azərbaycanın  uğurlarından,  aparılan  islahatların gedişatından  söhbət  açıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU