AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

XƏBƏRLƏR
18 aprel 2015 | 01:04   
Paylaşın:        

Aprelin 20-dən 24-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.
Sessiyada Ukraynada vəziyyət, İŞİD adlanan terrorçu qrupun fəaliyyətinin nəticələri, AŞPA-dakı Rusiya nümayəndə heyətinin dondurulmuş mandatına yenidən baxılması, Monako ilə monitorinq sonrası dialoq,  Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi  və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Tədbirdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU