MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
20 aprel 2015 | 04:04   
Paylaşın:        

Aprelin 20-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Vyetnam Sosialist Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nquyen Than Şon ilə görüşdü.
Qonağı salamlayan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanla Vyetnam arasında hələ sovet dövründən yaxşı  münasibətlərin olduğunu, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyevin ötən il Vyetnama səfərini xatırlayan Ziyafət Əsgərov bildirdi ki, müansibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu vardır. Qeyd etdi ki, qarşılıqlı münasibətlərin inkişafının nəticəsidir ki, Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir, indi isə tezliklə Vyetnamın Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq.
Qonağa yeni vəzifəsində uğurlar arzulayan Ziyafət Əsgərov iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişafının, təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi qeyd etdi. Diqqətə çatdırdı ki, hələ sovet dövründə vyetnamlı gənclər Azərbaycan Neft Akademiyasında təhsil alır və ölkələrinə neft mütəxəssisi kimi dönürdülər. Bu gün də bu ənənə davam edir.
Azərbaycanın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsi olduğunu deyən birinci vitse-spiker qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, bu münaqişəyə dair BMT-nin 4 qətnaməsinin hələ də icra olunmaması və Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verdi. 
Vyatnamın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu deyən səfir Nquyen Than Şon bildirdi ki, bu işin daha sürətli olması üçün var qüvvəsilə çalışacaq. Səfir Azərbaycanın sülh, sabitlik və əminamanlığın qorunması istiqamətindəki  səylərini dəstəklədiklərini diqqətə çatdırdı. Ölkələrimizin mövcud dostluq  münasibətlərindən danışan vyetnamlı diplomat qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu qeyd etdi.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparıldı.  

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU