PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
21 aprel 2015 | 04:04   
Paylaşın:        

 Milli Məclisin deputatı Mixail Zabelin “Böyük  qələbənin 70 illiyi: tarixi təcrübə  və müasir  dövrün  problemləri”  mövzusuna  həsr olunmuş beynəlxalq elmi konfransda iştirak etmək üçün aprelin 22-dən 25-dək Rusiya  Federasiyasının Yekaterinburq  şəhərində  səfərdə olacaq.
Toplantıda II Dünya  müharibəsi barədə hərbi-tarixi biliklərin  dərinləşdirilməsi, gənc  nəslin  vətənpərvərlik ruhunun təkmilləşdirilməsi, dünyada  hərbi  qarşıdurmaların  alovlanmasının qarşısının alınması məsələlərinə  dair  fikir  mübadiləsi  aparılacaq.
Səfər  çərçivəsində  deputatımızın  Sverdlovsk   vilayətinin  rəhbərləri,  bu bölgədəki  Azərbaycan  diasporunun  fəalları ilə görüşləri  nəzərdə  tutulur.

*  *  *
Milli Məclisin  deputatları Məlahət  İbrahimqızı  və Musa Qasımlı IV Dünya  Türk Forumunda  iştirak  etmək üçün aprelin 23-dən  26-dək  Türkiyədə  səfərdə olacaqlar.
İstanbul şəhərində keçiriləcək tədbir Türk Asiya Strateji  Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə hazırlanmışdır. Türksoy   xalqları nümayəndələrinin qatılacağı tədbirdə türk dünyası birliyinin gücləndirilməsindən, uğur və nailiyyətlərdən danışılacaq, bəzi problemlər müzakirə  ediləcək. 
*  *  *

Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament  Assambleyasının  Büro  iclasında  iştirak  etmək  üçün  aprelin  25-dən 28-dək  Danimarkada səfərdə olacaq.
Kopenhagen şəhərində  qurumun təşkilati məsələlərə həsr olunmuş xüsusi iclası keçiriləcək. Tədbirdə Büro Katibliyinin fəaliyyəti ilə əlaqədar  məsələlərə baxılacaq, eyni zamanda bəzi  qətnamə  layihələrinin  və digər  sənədlərin müzakirəsi  aparılacaq.
Səfər çərçivəsində təşkilatın “Helsinki+40” mövzusunda  seminarının keçirilməsi  nəzərdə  tutulmuşdur.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU