QAZAXISTANDA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
23 aprel 2015 | 01:04   
Paylaşın:        

Xəbər verildiyi kimi, aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycan parlamentinin təmsilçiləri seçkilərin gedişini izləmək üçün aprelin 24-dən 29-dək Qazaxıstanın müxtəlif şəhərlərində səfərdə olacaqlar.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və deputat Ayaz Orucov MDB İcraiyyə Komitəsinin müşahidəçisi qismində, deputatlar Çingiz Qənizadə və Sədaqət Vəliyeva isə TÜRKPA-nın xətti ilə ölkənin paytaxtı Astanada, deputat Rüfət Quliyev və Milli Məclis Sədrinin köməkçisi – MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov MDB PA-nın xətti ilə Almatı şəhərində prezident seçkilərini müşahidə edəcəklər.
Azərbaycan parlamentinin nümayəndələri öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU