TÜRKPA-nın KOMİSSİYASINDA

XƏBƏRLƏR
27 aprel 2015 | 03:04   
Paylaşın:        

Milli Məclisin deputatları Sədaqət Vəliyeva və İqbal Ağazadə TÜRKPA komissiyasının iclasında iştirak etmək üçün aprelin 28-dən mayın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.
Qurumun Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının dördüncü iclasında “TÜRKPA üzvü olan ölkələrdə seçkilər, seçki sistemləri və Assambleyanın seçki müşahidəsi fəaliyyətləri” mövzusunda hesabat məruzəsi dinləniləcək. Mövzuya dair tövsiyə qərarı qəbul ediləcək. Komissiyanın  növbəti iclası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.
Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcəklər.

                                                                              
  Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU