MİLLİ MƏCLİSİN DEPUTATI UKRAYNADA SƏFƏRDƏDİR

XƏBƏRLƏR
28 aprel 2015 | 05:04   
Paylaşın:        

Milli Məclisin deputatı Elmira Axundova Ukraynada səfərdədir. Millət vəkili Kiyev vilayətinin İrpen şəhərində yerləşən orta məktəbə görkəmli elm xadimi, oftalmoloq alim Zərifə Əliyevanın adının verilməsi ilə bağlı tədbirdə iştirak edəcək.
Deputatımız Zərifə Əliyevanın həyat və fəaliyyəti, ölkəmizdə tibb elminin inkişafına verdiyi töhfələr, habelə onun ictimai fəaliyyəti barədə toplantı iştirakçılarına məlumat verəcək. Millət vəkili, həmçinin, Zərifə Əliyevanın mənalı ömür yolu, yüksək mənəvi keyfiyyətləri barədə fikirlərini bölüşəcək.
Səfər aprelin 30-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU