İSTANBULDA HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILACAQ

XƏBƏRLƏR
07 may 2015 | 02:05   
Paylaşın:        

Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim  ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə geniş qeyd edilir.
Mayın 8-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov ümummilli liderin doğum gününə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfərə yola düşəcəklər.
Deputatlarımız Türkiyə rəsmilərinin və İstanbul ictimaiyyəti nümayəndələrinin qatılacağı tədbirlərdə müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndərin həyat və fəaliyyətindən geniş söhbət açacaq, iştirakçılara tarixən qardaş olan Azərbaycanla Türkiyə arasındakı çoxşaxəli əlaqələrin inkişafında Heydər Əliyevin rolu barədə məlumat verəcəklər.
Səfər mayın 11-də başa çatacaq.
                                                  

                                 Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU