İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ HƏLAK OLMUŞ AZƏRBAYCANLILARIN XATİRƏSİ ANILACAQDIR

XƏBƏRLƏR
07 may 2015 | 05:05   
Paylaşın:        
Milli Məclisin deputatı  Rauf Əliyev  mayın 8-dən 10-dək Sloveniyanın Nova-Qoritsa şəhərində səfərdə olacaqdır. 
Deputat burada İkinci Dünya müharibəsi zamanı Yuqoslaviya müqavimət hərəkatında döyüşmüş və qəhrəmancasına həlak olmuş azərbaycanlı zabit və əsgərlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcəkdir.
Ölkəmizin Avstriyadakı  səfirliyi tərəfindən təşkil olunmuş bu tədbirlərdə azərbaycanlı əsgərlərin xatirəsinə ucaldılmış memorial abidənin açılışı olacaq, yeni aşkar edilmiş və bərpa olunmuş 22 azərbaycanlı əsgərin məzarı ziyarət ediləcəkdir.

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU