PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
08 may 2015 | 03:05   
Paylaşın:        

 Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova  “Pekin+20” çərçivəsində keçiriləcək “Parlamentin gender siyasətində rolu”  mövzusunda beynəlxalq  konfransda  iştirak  etmək  üçün  mayın 14-dən 17-dək  Qırğızıstanın Bişkək  şəhərində  səfərdə olacaq.
 Toplantıda qadın hüquqlarının daha etibarlı müdafiəsi,  gender  qanunvericiliyinin inkişafı ilə bağlı məsələlər  müzakirə  olunacaq.  Konfransda deputatımızın “Qadınların iqtisadi imkanlarının genişləndirilməsində parlamentlərin rolu” mövzusunda   çıxışı  nəzərdə  tutulur.

*  *  *
Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədr  müavini  Sevinc  Fətəliyeva  Avropa Şurası  Parlament  Assambleyasının  uşaqlara  qarşı zorakılıqla mübarizəyə həsr  olunmuş  iclasında  iştirak  etmək  üçün  mayın 11-dən 14-dək  Fransanın Strasburq  şəhərində  səfərdə olacaq. 
Deputatımız  müzakirələrdə  fəal  iştirak  edəcək, ölkəmizdə  uşaqlara  qarşı  zorakılıq  hallarının  aradan  qaldırılması  sahəsində   həyata  keçirilən tədbirlər  barədə məlumat  verəcək.
 Sevinc  Fətəliyeva  daha  sonra Moldovaya  gedəcək, mayın 20-də burada keçiriləcək AŞPA-nın Sosial  işlər  komitəsinin iclasında iştirak  edəcək.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU