MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ KOMİSSİYA İCLASINDA

XƏBƏRLƏR
12 may 2015 | 02:05   
Paylaşın:        

Milli Məclisin deputatı Fəzail Ağamalı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Yerli özünüidarəetmə və dövlət quruculuğu təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün mayın 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Tədbirin gündəliyinə Dövlət və bələdiyyə qulluğuna dair model Məcəllənin,  “Sərhədyanı əməkdaşlıqda yerli hakimiyyət orqanlarının iştirakının qaydaları haqqında”, “İctimai nəzarətin əsasları haqqında”, “Yerli özünüidarəetmənin təşkilinin ümumi prinsipləri haqqında” model qanunların layihələri və digər məsələlər daxil edilib.
Deputatımız iclasda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq.
Səfər mayın 15-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU