NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

XƏBƏRLƏR
14 may 2015 | 12:05   
Paylaşın:        
Mayın 15-də Budapeştdə NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Sessiyada Azərbaycanı  Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcəkdir. 
Nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər. 
Sessiyanın komitə iclaslarında Avro-atlantik birliyə qarşı olan təbliğat hücumları, NATO-nun yeni strateji çağırışı, Rusiya iqtisadiyyatına qoyulan sanksiyalar, Terrorçuluğun maliyyələşdirilməsi, Ukrayna iqtisadiyyatının vəziyyəti və gələcək inkişaf perspektivləri, Dünya üzrə NATO-nun tərəfdaşları, İqlim dəyişikliyi və digər mövzular müzakirə olunacaqdır. 
Sessiya çərçivəsində keçiriləcək Siyasi komitənin iclasında “Rusiya və avro-atlantik təhlükəsizlik” mövzusunda məruzə dinləniləcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə Rusiyanın siyasəti, Cənubi Qafqazda vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.   
NATO Parlament Assambleyasının yaz sessiyası mayın 18-də başa çatacaqdır.

   Milli Məclisin    
       Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU