AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ TƏDBİRİNDƏ

XƏBƏRLƏR
16 may 2015 | 12:05   
Paylaşın:        
Mayın 18-də Moldovanın paytaxtı Kişineuda Avropa Şurası Parlament Assambleyasının Avropa Sosial Nizamnaməsi üzrə alt-komitəsinin “Şərq əməkdaşlığı çərçivəsində sosial hüquqların möhkəmləndirilməsi: Avropa Sosial Nizamnaməsi üzrə müzakirə” adlı parlament iclası keçiriləcəkdir.
İclasda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Musa Quliyev, İlham Məmmədov, Sədaqət Vəliyeva və Sevinc Hüseynova iştirak edəcəklər.
Tədbirdə “Qanunvericilikdə və onun tətbiqində sosial hüquqlar”, “Sosial hüquqlarla bağlı standartların həyata keçirilməsi sahəsində çağırışlar və imkanlar” mövzularında müzakirələr aparılacaqdır. Müzakirələrdə Milli Məclisin deputatları çıxış edəcək, bu sahələrdə Azərbaycan təcrübəsi barədə məlumat verəcəklər. 
Səfər mayın 20-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU