DEPUTATIMIZ FRANSADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
18 may 2015 | 12:05   
Paylaşın:        

Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının “İdman üzrə genişləndirilmiş müqavilə” qurumunun İdarə Heyətinin iclasında iştirak etmək üçün mayın 19-da Fransaya səfər edəcək.
Avropa Şurasının Strasburq şəhərində yerləşən Baş qərargahının binasında keçiriləcək toplantıda dünyanın 36 ölkəsindən nümayəndələr iştirak edəcəklər. Tədbir iştirakçıları bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədəki yeniliklər və bir sıra cari məsələlərlə bağlı müzakirələr aparacaqlar.
Deputatımız müzakirələr zamanı gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayacaq, ölkəmizdə idman sahəsinin qanunvericilik bazasının təkmilləşdirilməsi, bu ilin yayında keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verəcək.
Səfər mayın 22-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU