AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
19 may 2015 | 04:05   
Paylaşın:        
Mayın 21-22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin, mayın 28-də isə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin  iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək. 
Tədbirlərdə milli konstitusiyalarda uşaq hüquqlarının təsbiti, qanunsuz miqrantların kriminallaşdırılması, böhran şəraitində mədəni irsin qorunması, Rusiya Federasiyası nümayəndə heyətinin mandatı ilə bağlı məsələ, Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Türkiyə və Makedoniya ilə monitorinqsonrası dialoq və digər mövzularda müzakirələr aparılacaq, Avropa Şurasına üzv dövlətlər arasında münaqişəli məsələlərə dair şifahi hesabat dinləniləcəkdir. 
Səməd Seyidov müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd  və təkliflərini verəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU