YAPONİYADA QLOBAL KONFRANS

XƏBƏRLƏR
22 may 2015 | 02:05   
Paylaşın:        

Milli Məclisin deputatları Muxtar Babayev və Aslan Cəfərov mayın 24-dən 29-dək Yaponiyanın paytaxtı Tokioda səfərdə olacaqlar.
Deputatlarımız Parlamentlərarası İttifaqın təşkil etdiyi “Gənc parlamentarilər demokratiya, sülh və rifah naminə” mövzusunda Qlobal Konfransda iştirak edəcəklər. Konfrans çərçivəsində digər ölkələrin parlamentariləri ilə görüşlər keçiriləcək, fikir mübadiləsi aparılacaq.


                                      
Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU