MOSKVADA RUSİYA-AZƏRBAYCAN PARLAMENTLƏRARASI KOMİSSİYASININ ON ÜÇÜNCÜ İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
25 may 2015 | 09:05   
Paylaşın:        
Mayın 25-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Milli Məclislə ikitərəfli parlamentlərarası komissiyasının 13-cü iclası keçiriləcəkdir. İclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcəkdir. 
Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Arif Rəhimzadə, deputatlardan Rövşən Rzayev, Elton Məmmədov, Rüfət Quliyev, Sabir Hacıyev, Fuad Muradov və MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov daxildirlər.
İclasda  parlamentlərarası komissiyanın Rusiya və Azərbaycan tərəfdən tərkibləri barədə, komissiyanın 2015-ci ildə fəaliyyətinin nəticələri və qarşıdakı vəzifələr, Azərbaycanla Rusiya arasında elmi-texniki əməkdaşlığın inkişafı üçün birgə parlament fəaliyyəti, növbəti 14-cü iclasın mövzusunun, keçirilmə vaxtının və yerinin müəyyən olunması və digər mövzularda müzakirələr aparılacaqdır.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU