DEPUTATIMIZ AŞPA-da MƏRUZƏ EDƏCƏK

XƏBƏRLƏR
29 may 2015 | 01:05   
Paylaşın:        

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün iyunun 1-dən Fransanın paytaxtı Parisdə ikigünlük səfərdə olacaq.
İclasa AŞPA-nın sədri Ann Brasör də qatılacaq. Komitədə  deputatımız Rafael Hüseynov “Demokratik cəmiyyətlərdə dini azadlıqlar və birgəyaşayış” mövzusunda məruzəsini təqdim edəcək.
Digər məruzələrdə kiber terrorizmə və internet üzərindən hücumlara qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi zərurətinə toxunulacaq, rəqəmsal əsrdə intellektual mülkiyyətin qorunmasına xüsusi diqqət yetiriləcək. Media məsuliyyəti və etikası, ölkələrindən kənarda yaşayan icmaların təhsil və mədəni şəbəkələri, mədəniyyət və demokratiya məsələləri gündəmdə olacaq. Antidopinq siyasəti yenidən nəzərdən keçiriləcək. İnsanlar arasında bərabərliyə və inteqrasiyaya nail olmaq üçün idmandan sosial cəlbedilmə körpüsü kimi istifadə edilməsinə baxılacaq.
Məruzələr ətrafında fikir mübadiləsindən sonra Komitədə bir sıra təşkilati məsələlərə baxılacaq. 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU