AŞPA-NIN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
29 may 2015 | 04:05   
Paylaşın:        

 Milli Məclisin deputatı Sahibə Qafarova  Avropa Şurası  Parlament  Assambleyasının  Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında  iştirak  etmək  üçün  mayın 31-dən  iyunun 2-dək Fransada  səfərdə olacaq.
Paris  şəhərində  keçiriləcək  toplantıda  cari məsələlərlə yanaşı,  irqçiliyin qarşısının alınması, silahlı münaqişələrdə qadınların qorunması,  zorakılıqla  mübarizə, valideyn  hüquqlarında   bərabərliyin  təminatı, qadınların  siyasi  təmsilçiliyinin  genişləndirilməsi  ilə  bağlı fikir  mübadiləsi  aparılacaq.
Sahibə Qafarova  iclasda “Qadınlara  qarşı  zorakılıqla  mübarizədə  ən  yaxşı  təcrübələrin  təşviqi”  mövzusunda    çıxış edəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU