RUSİYA DÖVLƏT DUMASINDA DƏYİRMİ MASA

XƏBƏRLƏR
29 may 2015 | 05:05   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Müasir şəraitdə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın iqtisadi, maliyyə, siyasi və sosial aspektləri” mövzusunda dəyirmi masada iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvada səfərdədirlər.
Tədbir Rusiya Dövlət Dumasının Maliyyə bazarı üzrə komitəsi tərəfindən təşkil olunub. Toplantıda Rusiya və Azərbaycanın xarici siyasətlərində müstəqillik konsepsiyası, “Şimal-Cənub” nəqliyyat dəhlizi – yeni “İpək yolu”,   parlamentlərarası əlaqələrin genişləndirilməsi, Birinci Avropa Oyunları və Soçi Olimpiadası, təhsil sahəsində əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Deputatlarımız müzakirə olunacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər mayın 30-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU