MİLLİ MƏCLİSİN DEPUTATLARI TÜRKİYƏDƏ PARLAMENT SEÇKİLƏRİNİ İZLƏYƏCƏKLƏR

XƏBƏRLƏR
03 iyun 2015 | 05:06   
Paylaşın:        

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov iyunun 4-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər.
Deputatlarımız iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkiləri müşahidə edəcəklər. Millət vəkilləri Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə seçki prosesinə qatılacaqlar. Komitə sədrləri seçki məntəqələrində olacaq, seçicilərin fəallığını izləyəcək, onlar üçün yaradılmış şəraitlə tanış olacaqlar.
Səfər iyunun 8-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU