QDİƏT PM BAŞ ASSAMBLEYASININ 45-ci PLENAR İCLASINDA

XƏBƏRLƏR
05 iyun 2015 | 03:06   
Paylaşın:        

İyunun 8-10-da Moldovanın paytaxtı Kişineu şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 45-ci plenar iclası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları – QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən, qurumun İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin sədri Musa Quliyev və nümayəndə heyətinin üzvləri Ayaz Orucov, Jalə Əliyeva, Mixail Zabelin  iştirak edəcəklər.
Öncə Assambleyanın 52-ci Büro iclası keçiriləcək. Sonra Moldova parlamentinin binasında Daimi Komitənin 45-ci iclası öz işinə başlayacaq. İclasda Parlament Məclisinin hesabatı dinləniləcək, QDİƏT PM-nin statusunun yüksəldilməsi məsələsinə baxılacaq. Qurumun birinci yarımillikdə beynəlxalq tədbirlərdə iştirak etmiş və işgüzar səfərlərdə olmuş nümayəndələri Daimi Komitədə hesabat verəcəklər.  Musa Quliyev sədri olduğu İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin yarımillik fəaliyyəti barədə hesabat məruzəsi edəcək.
Baş Assambleyanın ikigünlük 45-ci plenar iclasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən Musa Quliyev “QDİƏT 2012-nin iqtisadi gündəliyinin həyata keçirilməsində parlamentlərin töhfəsi: cari vəziyyət və gələcək perspektivlər” mövzusuna həsr olunan ümumi diskussiyalarda çıxış edəcək.
Daha sonra Musa Quliyev QDİƏT PM-nin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin sədri qismində “QDİƏT-ə üzv dövlətlərdə informasiya cəmiyyətinin inkişafı və möhkəmlənməsində yeni texnologiyaların rolu” mövzusunda məruzəyə dair tövsiyə  qərarını təqdim edəcək.
İclasda hüquqi, siyasi, mədəni, təhsil və sosial sahələri əhatə edən məsələlərə də baxılacaq. “QDİƏT-ə üzv dövlətlərdə seçkilərə dair qanunvericiliyin əsas prinsipləri, oxşarlıqlar və fərqlər”, “QDİƏT regionunda məşğulluğun və sosial birliyin inkişafında idmanın rolu” mövzularında məruzələr dinləniləcək, tövsiyə qərarları qəbul ediləcək.
Deputatlarımız gündəlikdəki bütün məsələlərin müzakirəsində yaxından iştirak edəcək, münasibətlərini bildirəcəklər.
Yekunda təşkilati məsələlərə baxılacaq, QDİƏTPM Sədrinin müavinləri və Baş katibinin müavini vəzifələrinə seçkilər olacaq.
Səfər iyunun 12-də bacsa çatacaq.                                                                              
                                  

                                        Milli Məclisin
                                                                       Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU