AZƏRBAYCAN-AVSTRİYA ƏMƏKDAŞLIĞI UĞURLA İNKİŞAF EDİR

XƏBƏRLƏR
13 iyun 2015 | 12:06   
Paylaşın:        

İyunun 13-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin sədri Valeh Ələsgərov Avsrtiya  Respublikası Milli Şurasının ikinci Prezidenti Karlhaynts Kopf ilə  görüşdü.
Qonağı salamlayan Valeh Ələsgərov Azərbaycanın müstəqillik  qazandıqdan  sonra  əldə  etdiyi uğurlardan  danışdı.  Ölkəmizin iştirakçısı olduğu TAP, TANAP kimi qlobal  layihələrdə uğurlu  iştirakından,  neft-qaz  sənayesinin  sürətli  inkişafından söz  acdı. Ölkələrimiz arasında  əməkdaşlığa toxunan  vitse-spiker  bildirdi ki,  son illərdə Azərbaycanla Avstiya  arasında  ticarət  dövriyyəsinin  həcmi 10  dəfə  artıb.  Parlamentlərarası  münasibətlərin mövcud durumundan məmnunluğunu bildirən Valeh Ələsgərov dostluq  qruplarının  fəaliyyətini  xüsusi  vurğuladı.  Sonra  o,  qonağa  Azərbaycanın ən  ağrılı problemi olan Ermənistan – Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi,  1 milyondan  artıq  azərbaycanlı qaçqın və köçkünün ümumi vəziyyəti  barədə  məlumat verdi. Qeyd olundu ki, bəzi beynəlxalq  təşkilatlar  münaqişəyə  ikili  standartlardan yanaşırlar.
Milli Məclis  Sədrinin müavini Azərbaycanın  ev  sahibliyi  etdiyi  I Avropa Oyunlarının əhəmiyyətini vurğuladı, bu möhtəşəm yarışa qatılan Avstriya  idmançılarına  uğurlar  arzuladı.
Səmimi  görüş  üçün  minnətdarlığını  bildirən Karlhaynts Kopf  Birinci Avropa Oyunlarını izləmək üçün Bakıya gəldiklərini bildirdi. Qonaq yarışların dünənki açılış mərasimindən yüksək təəssürat aldıqlarını  vurğuladı, həm bu möhtəşəm şouya, həm də yarışdan əvvəl təsadüfi avtomobil qəzası nəticəsində zədə  almış Avstriya  idmançılarının müalicəsini xüsusi diqqətdə  saxladığı  üçün  Azərbaycan hökumətinə, Prezident İlham Əliyevə, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürlərini dilə  gətirdi.
O, Avsrtiya-Azərbaycan münasibətlərinin getdikcə inkişaf  etdiyini  məmnunluqla  qeyd  etdi. Avstriya şirkətlərinin Azərbaycan  iqtisadiyyatının inkişafında  iştiraka  xüsusi  maraq  göstərdiklərini dedi, münasibətlərimizin  uğurlu  davamı  üçün  geniş imkanların olduğunu  bildirdi.
Görüşdə  tərəflər  arasında  qarşılıqlı maraq  doğuran bir  sıra məsələlər  barəsində geniş fikir  mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU