MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
21 avqust 2015 | 02:08   
Paylaşın:        
Avqustun 21-də ABŞ-ın Kanzas ştatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti üzvlərinin  Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvləri ilə görüşü oldu.
Qonaqları salamlayan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov bildirdi ki, Azərbaycanla ABŞ arasında münasibətlər yüksək səviyyədədir və daim inkişaf edir. Ölkələrimiz terrorizmə qarşı mübarizə çərçivəsində yaxından əməkdaşlıq edir və eyni dəyərləri bölüşürlər. Qeyd olundu ki, Azərbaycan Cənubi Qafqazda aparıcı rola malik ölkədir və dünyada öz tolerantlığı ilə tanınır.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, “Xocalı” soyqırımı, ölkəmizdə qarşıdan gələn parlament seçkilərinə hazırlıq və ikitərəfli münasibətlərin müxtəlif məsələləri barədə ətraflı müzakirələr aparıldı. Bildirildi ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir.
Söhbət zamanı Kanzas ştatının senatoru xanım Brenda Kay Vulf və nümayəndə heyətinin üzvləri Azərbaycanda keçirdikləri görüşləri yüksək qiymətləndirdilər, qarşılıqlı görüşlərin intensivliyinin əhəmiyyətindən danışdılar. Bildirildi ki, hər iki ölkə qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır.
Görüş zamanı qonaqları maraqlandıran bir sıra suallara da aydınlıq gətirildi.

Milli Məclisin 
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU