AVRASİYA QADINLAR FORUMUNUN TƏDBİRİNDƏ

XƏBƏRLƏR
08 sentyabr 2015 | 04:09   
Paylaşın:        

Milli Məclisin deputatı Sevinc Hüseynova sentyabrın 8-dən 9-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.
Millət vəkili burada Avrasiya Qadınlar Forumunun təşkilat komitəsinin iclasında iştirak edəcək. Tədbirdə cari ilin 23-24 sentyabr tarixlərində keçiriləcək Foruma hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU