MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
09 sentyabr 2015 | 03:09   
Paylaşın:        
Milli Məclisin deputatı Sevinc Fətəliyeva  Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 10-da Parisə yola düşəcək.
Tədbirdə Dini azadlıq və demokratik cəmiyyətdə bərabər yaşama, Bərabərlik və ailə cavabdehliyi, İnsan hüquqları və etik problemlər, Ümumxalq sağlamlığı ilə bağlı olan beynəlxalq problemlərin həlli, Dərman sənayesinin maraqları və digər mövzularda müzakirələr aparılacaqdır.
Səfər sentyabrın 12-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU