MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
10 sentyabr 2015 | 04:09   
Paylaşın:        
Sentyabrın 10-da Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov İtaliya parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Valeh Ələsgərov ölkəmizin keçdiyi inkişaf yolundan, Azərbaycan-İtaliya əlaqələrindən, parlamentlərarası münasibətlərdən danışdı. Bildirdi ki, Azərbaycan müxtəlif xalqların bərabərhüquqlu şəraitdə yaşadığı tolerant ölkədir.
Sədr müavini diqqətə çatdırdı ki, parlamentlərarası əməkdaşlığın inkişafında dostluq qruplarının böyük rolu var. İki ölkə arasında əlaqələrin daha da genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. 
Valeh Ələsgərov qonaqlara Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal iqtisadi layihələr barədə məlumat verdi. Bildirdi ki, bu gün Azərbaycan Avropa ölkələrinin qaz təminatını ödəməkdə önəmli rola malikdir. Azərbaycanın İtaliya ilə ticari əlaqələri Avropa ölkələri arasında birinci yerdədir. 
Söhbət zamanı Valeh Ələsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi.
Səmimi fikirlər üçün təşəkkürünü bildirən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Sercio Divina Azərbaycanda şahidi olduqları inkişaf proseslərindən, ölkələrimiz arasında münasibətlərin inkişafından, xalqımızın qonaqpərvərliyindən məmnunluğunu bildirdi. Qeyd etdi ki, bu səfər Azərbaycanı daha yaxından tanımağa imkan verəcək və münasibətlərimizin inkişafına təkan olacaqdır. 
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU