ƏDALƏT VƏ İNKİŞAF PARTİYASIININ QURULTAYINDA

XƏBƏRLƏR
10 sentyabr 2015 | 04:09   
Paylaşın:        
Milli Məclis Sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının xətti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının növbəti qurultayında iştirak etmək üçün sentyabrın 11-də Ankaraya yola düşəcəkdir.
Nümayəndə heyətinə deputatlardan Məlahət İbrahimqızı və Şəmsəddin Hacıyev daxildirlər.
Səfər çərçivəsində nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Naci Bostancı ilə görüşləri və digər tədbirlər də nəzərdə tutulmuşdur.
Səfər sentyabrın 13-də başa çatacaqdır. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU