DEPUTATIMIZ AVSTRALİYADA SƏFƏRDƏDİR

XƏBƏRLƏR
14 sentyabr 2015 | 06:09   
Paylaşın:        

Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Avstraliyada səfərdədir. Sentyabrın 14-də millət vəkili ölkənin paytaxtı Kanberra şəhərində Avstraliya Senatının prezidenti Stiven Perri ilə görüşüb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsi, ticari-iqtisadi əməkdaşlıq, sosial və humanitar sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Deputatımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20 faiz ərazisinin işğal edilməsi, bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, problemin nizamlanması istiqamətində həyata keçirilən tədbirlər barədə qarşı tərəfə ətraflı  məlumat verib.
Görüşdə Milli Məclisin Sədri Oqtay Əsədovun Avstraliya Senatının prezidenti Stiven Perriyə ünvanlanmış Azərbaycana rəsmi dəvət məktubu catdirilib. Dəvət məmnuniyyətlə qəbul edilib. 
Həmin gün Xanlar Fətiyev Avstraliya parlamentinin İqtisadi komitəsinin sədri Con Aleksandr, Sənaye və kənd təsərrüfatı komitəsinin sədri Rouen Ramzeylə görüşüb.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU