DEPUTATIMIZ AVRASİYA QADINLAR FORUMUNDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
22 sentyabr 2015 | 11:09   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Avrasiya Qadınlar Forumunda iştirak etmək üçün sentyabrın 23-də Rusiya Federasıyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.
MDB Parlamentlərarası Assambleyasının və Rusiya  Federal Məclisi Federasiya Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilən toplantı “Sülh, harmoniya və sosial rifaha doğru” mövzusuna həsr olunub. Yığıncaqda sosial təhlükəsizlik, davamlı inkişaf, tərəqqi naminə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Forum çərçivəsində bir sıra seminar və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
Millət vəkili tədbirlərdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər sentyabrın 25-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU