DEPUTATIMIZ BÖYÜK BRİTANİYAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
30 sentyabr 2015 | 05:09   
Paylaşın:        

Milli Məclisin  Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin sədr müavini Rövşən Rzayev sentyabrın 27-dən 29-dək  Böyük Britaniyada  səfərdə olacaq.
Deputatımız bu ölkənin parlamentində ayrı-ayrı komitələri təmsil edən deputatlarla, Böyük Britaniya - Azərbaycan  parlamentlərarası  dostluq qrupunun üzvləri ilə görüşlər keçirəcək.
Bu görüşlərdə  parlamentlərarası əməkdaşlığın  inkişafı məsələləri barədə  danışılacaq.  Daha  sonra  Rövşən Rzayev  London  Kral  Beynəlxalq  Münasibətlər  İnstitutunun dəvəti əsasında  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinə  həsr  olunmuş Dəyirmi Masada   iştirak edəcək və ingiltərəli həmkarlarına münaqişənin hazırkı durumu barədə məlumat verəcək. 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU