AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

XƏBƏRLƏR
23 sentyabr 2015 | 05:09   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 27-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaqlar.
Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada miqrasiya böhranına siyasi və humanitar reaksiyalar, tranzit ölkələrdə çətinliklər, ictimai sağlamlığın və xəstələrin qorunmasına dərman sənayesinin təsiri, ATƏT-in fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. 
Sessiyada deputat Rafael Hüseynovun “Dini azadlıq və demokratik cəmiyyətdə birgə yaşama” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaqdır.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.  

Milli Məclisin 
Mətbuat xidməti 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU