RUSİYA-AZƏRBAYCAN REGİONLARARASI FORUM KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
28 sentyabr 2015 | 03:09   
Paylaşın:        

Milli Məclisin deputatı Mixail Zabelin VI Rusiya-Azərbaycan Regionlararası Forumda iştirak etmək üçün sentyabrın 29-da Rusiya Federasiyasının Yekaterinburq şəhərinə səfər edəcək.
Tədbirə aidiyyəti nazirlik və dövlət idarələrinin nümayəndələri, biznes qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılacaqlar. Yığıncaqda iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək. Forum çərçivəsində müxtəlif mövzularda dəyirmi masalar təşkil olunacaq.
Səfər sentyabrın 30-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU