MİLLİ MƏCLİSİN DEPUTATLARI QIRĞIZISTANA SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
01 oktyabr 2015 | 11:10   
Paylaşın:        

Milli Məclisin  Mədəniyyət  komitəsinin  sədri Nizami  Cəfərov  TürkPA-nın  xətti ilə, deputatlardan Sədaqət  Vəliyeva MDB  İcraiyyə Komitəsinin,  Rüfət Quliyev,  İqbal Məmmədov və Milli Məclis  Sədrinin köməkçisi – MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın  Cəfərov  isə MDB PA-nın xətti ilə  oktyabrın 1-dən 5-dək  Qırğızıstan Respublikası parlamentinə  keçiriləcək  seçkiləri  müşahidə  etmək  üçün bu ölkəyə  səfər  edəcəklər.
Parlamentarilərimiz ölkənin paytaxtı Bişkək şəhərində bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar. 

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU