NATO PA-nın İLLİK SESSİYASINDA

XƏBƏRLƏR
07 oktyabr 2015 | 05:10   
Paylaşın:        

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 61-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 8-də Norveç Krallığına səfər edəcək.
Stavanger şəhərində keçiriləcək tədbirdə regional əməkdaşlığın genişləndirilməsi, dünyanın bir sıra bölgələrində yaranmış münaqişə ocaqlarının aradan qaldırılması yolları, terrorizmlə mübarizə və digər aktual məsələlər ətrafında müzakirələr aparılacaq.
Deputatımız müzakirələrdə çıxış edərək, gündəlikdə duran məsələlər barədə öz fikirlərini səsləndirəcək.
Səfər oktyabrın 12-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU