PARLAMENTİN NÜMAYƏNDƏ HEYƏTİ BELARUSDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

XƏBƏRLƏR
08 oktyabr 2015 | 03:10   
Paylaşın:        

Milli Məclisin deputatı Rüfət Quliyev, parlament Sədrinin köməkçisi – MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov oktyabrın 9-da Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcəklər.
Nümayəndə heyətimiz Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Milli Məclisin təmsilçiləri Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının missiyası tərkibində prosesə qatılacaqlar. Müşahidəçilər müxtəlif məntəqələrdə səsvermənin gedişatını izləyəcək,  yerlərdə seçicilər üçün yaradılmış şəraitlə tanış olacaqlar.
Səfər oktyabrın 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU