MİLLİ MƏCLİSİN DEPUTATI İSTANBUL KONVENSİYASINA HƏSR OLUHNMUŞ KONFRANSA QATILIR

XƏBƏRLƏR
16 oktyabr 2015 | 10:10   
Paylaşın:        

Milli Məclisin deputatı  Sahibə  Qafarova  Bosniya-Hersoqovinanın  Avropa  Şurası  Nazirlər  Kabinetinə  sədrliyi  çərçivəsində AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin  iştirakı ilə  keçiriləcək konfransa  qatılmaq  üçün  oktyabrın  19-dan 21-dək  bu ölkəyə  səfər  edəcək.
Sarayevo şəhərində  keçiriləcək  tədbir “İstanbul  Konvensiyasının  həyata   keçirilməsi  üzrə  monitorinq, yeni birgə  fəaliyyətlər”  mövzusuna həsr  olunub. Deputatımız konfransda müzakirə  edilən  məsələlərə  öz  münasibətini  bildirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU